TQDK rezidenturaya qəbul olunanlara xəbərdarlıq edib
12 avqust 2014 11:35 (UTC +04:00)

TQDK rezidenturaya qəbul olunanlara xəbərdarlıq edib

2014-2015-ci tədris ili üçün rezidenturaya qəbul olunanlar avqustun 15-dək Səhiyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, qeydiyyatdan keçmək üçün iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti tələb olunur. 

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar