TQDK mütəxəssis axtarır
17 oktyabr 2014 11:52 (UTC +04:00)

TQDK mütəxəssis axtarır

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  test tapşırıqlarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edib. TQDK-nın mətbut xidmətindən Lent.az-a verilən məlumata görə, müqaviləçi müxtəlif ixtisas istiqamətləri üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını hazırlamaq üçün müəyyən funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir. Bu funksiyalara sifariş əsasında test tapşırıqlarını tərtib etmək, həyata keçirmək, test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

 

Mütəxəssislər ixtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və ya rus dilini mükəmməl bilməli, Mircrosoft Office proqramlarında işləməyi bacarmalı, test tapşırıqlarının məxfiliyini qorumağı öhdəsinə götürməli və şəxsi məsuliyyət daşıdığını təsdiq etməlidir. Müraciət edənlərin test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanması üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1143

Oxşar yazılar