Tibb Universitetinin əməkdaşı Dünya Konqresində
24 oktyabr 2014 12:50 (UTC +04:00)

Tibb Universitetinin əməkdaşı Dünya Konqresində

0

Oktyabrın 23-dən 31-dək Böyük Britaniyanın Liverpul şəhərində Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) təşkilatçılığı ilə Dünya Konqresi keçiriləcək. Lent.az-ın məlumatına görə, Cəmiyyətin təşkil etdiyi 34-cü Dünya Konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri, tibb elmləri doktoru Ramiz Bayramov təmsil edəcək. 

Qeyd edək ki, R.Bayramov  Avropa Onkoloqlar Cəmiyyətinin (ESMO) Gastrointestinal Bədxassəli Şişlərə dair 14-cü Dünya Konqresində (Barselona, 2012), 15-ci Dünya Konqresində (Barselona, 2013) və 16-cı Dünya Konqresində (Barselona, 2014) mədə-bağırsaq sistemi xərçənginin cərrahi müalicəsində əldə etdikləri nailiyyətlərlə bağlı çıxış üçün dəvətlər alıb. R. Bayramov hər üç kongresdə öz məruzələri ilə ölkəmizin onkologiya elmini layiqincə təmsil edib.  

Qeyd edək ki, Avropa Cərrahi Onkologiya Cəmiyyəti (ESSO) Dünya  Konqresini ildə bir dəfə olmaq şərtilə hər il Avropada keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar