Tərtərin keçilməz yolları
02 noyabr 2013 12:19 (UTC +04:00)

Tərtərin keçilməz yolları

Tərtərin cəbhəyanı yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən kənd yolları yararsız haldadır. Sakinlər müharibə dövründən indiyədək yolların bu vəziyyətdə olmasından şikayətlənir.

 

APA TV-nin əməkdaşları Tərtər rayonunun üç kəndini birləşdirən yolda çəkiliş aparıb. Nəqliyyat vasitələri yolun dağılması səbəbindən tez-tez xarab olur.

 

Çəkiliş apardığımız yol əsasən, cəbhə xəttinə yaxın yaşayış məntəqələrini birləşdirir. Bu yollardan yaşlı insanlarla yanaşı, məktəblilər də istifadə edir. Böyüklər kimi, onlar da yoldan şikayətçidir.

 

Zəruri hallarda yanğınsöndürən və ya təcili tibbi yardım maşınlarının hadisə yerinə vaxtında çatması mümkün olmur.

 

Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 29 saylı Yol İstismar İdarəsindən münasibət bildirmədilər. İdarədən dedilər ki, məsələ ilə əlaqədar hər hansı məlumatın verilməsi üçünTərtər Rayon İcra Hakimiyyətinin icazəsi olmalıdır. İcra Hakimiyyətindən isə bildirildi ki, bu məsələnin həlli üçün sakinlərin müraciəti lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar