Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Səhər cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gecə 9-12, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.