Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən,
respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirmək, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etmək tapşırılıb.
Ərazi maliyyə hesablaşma mərkəzlərinə isə Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmaq tapşırılıb.
Yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinə əmrlə yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etmək tapşırığı verilib.