Təhsil naziri Mikayıl Cabbarov Tərtərdə vətəndaşları qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, rayonun Gənclər Mərkəzində keçirilən qəbulda Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinləri iştirak edib. Onların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.