“Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı Azərbaycanda dinc şəraitdə, “Dini etiqad azadlığı haqqında” qanuna olacaq”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Komitə arasında Aşura günü ilə bağlı heç bir fikir ayrılığı yoxdur və bununla bağlı fətva birlikdə qəbul olunub.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanunda hər şey açıq formada göstərilir: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir. Bəzi adamların Aşura günü evlərdə bu və ya digər tədbir keçirməyinə gəlincə, biz tövsiyə edirik ki, bütün tədbirləri məscidlərdə təşkil olunsun. Kimsə İmam Hüseyn adına süfrə açmaq istəyirsə, onu da məscidə göndərib orada təşkil edə bilər. Ənənəvi şəkildə evində süfrə açmaq istəyən olsa, bunda da problem görmürük. Amma kimsə süfrə açmaqdan fərqli olaraq, ayin keçirirsə, əzadarlıq təşkil edirsə, bu, artıq başqa məsələdir. Bir var süfrə açmaq, bir var dini xarakterli yığıncaq keçirmək - bunlar fərqlidir. Yığıncaqlar ancaq məsciddə keçirilməlidir. Bu, Azərbaycanda tək Məhərrəmlik ayına aid deyil. Kim qəm qüssəsini ifadə etmək istəyirsə, bunun üçün məscid var”.