Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrıldı – <span style="color:red;">SƏRƏNCAM
29 yanvar 2014 18:51 (UTC +04:00)

Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, sərəncama əsasən, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir. Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

# 919
avatar

Oxşar yazılar