![Nazirlik ana olmaq istəyən xanımlara yardım edəcək](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Nazirlik ana olmaq istəyən xanımlara yardım edəcək
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, səhiyyə nazirinin diqqət və nəzarətdə saxladığı bu sahəyə yönəlmiş daim bir sıra işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Belə addımlardan biri də Səhiyyə naziri Oqtay Şirəliyevin iyun ayının 20-də Balakən rayonunda keçirdiyi qəbul zamanı olmuşdur. Belə ki, müraciət etmiş 5 aylıq hamilə, Qax rayon sakini Məmmədova Ülviyyə Çingiz qızı, bu günlərdə həkimlərimizin tükənməz səyləri sayəsində yenidən dünyaya qayıdıb. Balakən rayonunda keçirilən qəbul zamanı nazirə müraciət etmiş xanım İran İslam Respublikasından olduğunu, orada anadangəlmə kəskin ürək qüsurundan əziyyət çəkən Ülviyyə xanıma, hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət görüblər.
Təklifin maddi imkanları xaricində olması, həbelə psixoloji cəhətdən xarici ölkədə belə bir riskli doğuşun icra olunması təhlükəsi ilə üzləşən gənc ailənin son ümid yeri səhiyyə nazirinin qəbuluna gəlmək olub. Müraciətdən dərhal sonra cənab nazirin xüsusi tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib.
Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlanılmış və oktyabrın 1-də qeysəriyyə əməliyyatına alınıb. Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunub. Əməliyyat uğurla sona yetirilmiş, hazırda xanım və yeni doğulmuş körpə tam sağlamdır.
Səhiyyə Nazirliyi Ülviyə xanım kimi, yüzlərlə ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır. Lakin onlardan da tələb olunan məqamlarda var ki, bu da onların vaxtında həkimə müraciət etmələri, daim həkim nəzarəti altında olmalarıdır.
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)