Azərbaycanda 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2040,5 milyon vəsait ayrılacaq. Lent.az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,7 faiz olacaq.
Sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq rəqəm 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 290,2 milyon manat və ya 16,6 faiz çoxdur.