“Son bir həftə ərzində Bakıda 40 yaşlı bir xanım sirkə turşusundan zəhərlənib. Hələ də vəziyyəti ağır olaraq qalır”.
Bunu Lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Azər Maqsudovun sözlərinə görə, 3 nəfər də dərmandan zəhərlənib:
“Həkimin təyinatı ilə dərman yazılıb. Amma əks effekt verib. Bədənin həssaslığı həmin dərmanları qəbul etməyib. 6 nəfər isə sərxoş vəziyyətdə gəlib. Onlar da içkidən zəhərlənib. Vəziyyətləri kafidir. Son bir həftə ərzində zəhərlənmələrlə əlaqədar olaraq ölüm faktı qeydə alınmayıb”.