Son 10 gündə ölən 5 körpə ilə bağll <span style="color:red;">RƏSMİ AÇIQLAMA
01 mart 2019 13:33 (UTC +04:00)

Son 10 gündə ölən 5 körpə ilə bağll RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Bərdə Doğum Evində baş verən körpə ölümlərinə münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ONA-ya bildirib ki, adı çəkilən doğum evi ikinci dərəcəli olduğuna görə oraya yalnız Bərdədən deyil, ətraf rayonların, o cümlədən Tərtər və Ağcabədinin sakinləri də daxil olur. 
 
Körpələrin tələf olması faktına gəlincə, nazirlik rəsmisi deyib ki, onlar xəstəxanaya ana bətnində ölü daxil olublar və ölü döllər mütəxəssislər tərəfindən xaric edilib. 
Bütün faktlarla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası yerli hüquq-mühafizə orqanları birgə araşdırma aparır. 
 
S.Əhmədova onu da bildirib ki, məsələ ilə bağlı valideynlərdən hər hansı şikayət daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar