Seragəldin sabah Bakıya gəlir
01 may 2013 12:21 (UTC +04:00)

Seragəldin sabah Bakıya gəlir

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının həmsədri İsmayıl Seragəldin Cənubi Qafqaz Forumunda iştirak etmək üçün sabah Bakıya gələcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Forumda Misir Ərəb Respublikası İsmayıl Seragəldinin rəhbərliyi ilə alim, ziyalı və siyasətçilərdən ibarət 20 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.

 

İsmayıl Seragəldin səfər öncəsi deyib ki, dünya mədəniyyətinin əfsanəsi  Nizami Gəncəvinin yaratdığı xəzinə dünyanın hər yerində dəyərləndirilir. O, Cənubi Qafqaz Forumunu dünya miqyasında xüsusi əhəmiyyətə malik hadisə kimi dəyərləndirib və İdarə Heyəti adından bütün qurumlara minnətdarlıq edib. İsgəndəriyyə Kitabxanasının direktoru çox nadir hallarda bir araya gələn bu qədər dünya miqyaslı şəxslərin bir məkanda toplanaraq ən aktual problemləri müzakirə etməsini, dünyanın ən nüfuzlu şəxslərindən ibarət yeni Liderlər Şurasının yaradılmasını çox önəmli addım hesab edib.

 

Mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda 50-dən çox ölkənin sabiq dövlət və hökumət başçısı, həmçinin bir sıra ölkələrin hazırkı prezidentləri, 400-ə yaxın nüfuzlu elm,  mədəniyyət xadimi və beynəlxalq ekspertlər iştirak edəcəklər.

# 447
avatar

Oxşar yazılar