Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzinləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Şəki rayonunda fəaliyyət göstərən çörək və şirniyyat istehsalı sexlərində reyd keçirib.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, idarə “Standartlaşma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara əsasən Şəki rayonu Qoxmuq kəndində yerləşən, Daşdəmirov Xəyyama məxsus çörək sexində və Şəki şəhəri M. Müşviq küçəsində yerləşən, Məmmədov Ruslana məxsus şirniyyat istehsalı sexində standartlaşma üzrə normativ sənədlərə, metroloji norma və qaydalara riayət edilməsinə dair dövlət nəzarəti həyata keçirib.
Aparılmış dövlət nəzarəti zamanı çörək istehsalı və şirniyyat sexlərində məhsulların gigiyenik və uyğunluq sertifikatlarının olmaması, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilməməsi, məhsul üçün texnoloji təlimat və resepturanın olmaması, məhsulun sınaqlarının aparılmaması, məhsulun saxlanması, daşınması, markalanması qaydalarının pozulması kimi nöqsanlar aşkar edilib. Çörək və şirniyyat sexlərininin sahiblərinə nöqsanların aradan qaldırılması barədə “İradnamə”, ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə “Tələbnamə”, məhsulların istehsalının və satışının qadağan edilməsi barədə “Tələbnamə” verilib.