Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu keçəcəyi, əsasən gecə və axşam çiskinli, az yağıntı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən yağıntılar kəsiləcək. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.