Hava yağmursuz olacaq
13 oktyabr 2014 13:28 (UTC +04:00)

Hava yağmursuz olacaq

0
Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti olacaq.

 

Azərbaycanın əksər rayonlarında sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 689

Oxşar yazılar