Yağış yağacaq
28 oktyabr 2014 12:49 (UTC +04:00)

Yağış yağacaq

0

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin buludlu olacağı, axşama doğru yarımadanın bəzi yerlərində  yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 12-15 dərəcə isti olacaq. Şimal-şərq küləyi əsəcək.

 

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Ayyrı-ayrı şərq rayonlarında yağış yağacaq.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz isə 5-10 dərəcə isti olacaq. Şərq küləyi əsəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1517

Oxşar yazılar