Aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən buludlu, axşam bəzi yerlərdə az yağıntı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, sabah güclü şimal küləyi əsəcəyi ehtimalı da var. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti yağmurlu və bölgələrdə isə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir yüksələcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 olacaq. Dağlarda 0-5 şaxta, gündüz 0-5 isti olacağı gözlənilir.