<b>Güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq<span style="color:red;"> - PROQNOZ </b>
01 avqust 2018 13:14 (UTC +04:00)

Güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

Sabah hava dəyişkən buludlu olacaq, rayonlarda isə qısamüddətli yağış yağacağı gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən  məlumatına görə, Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq. Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir  güclənəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 29-34,  Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

 

Sabah  şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti olacaq.

 

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Qurum bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırır.

 

Avqustun 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi vurğulanır. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq. Qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Avqustun 2-i və 3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.

 

Eyni zamanda, sabah gündüzdən avqustun 04-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar