Sabah Bakıda yağış yağacaq - PROQNOZ
13 mart 2016 15:40 (UTC +04:00)

Sabah Bakıda yağış yağacaq - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən havaproqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.

 

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

 

Azərbaycan rayonlarına gəlincə, hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar