<b>Azəraycanda sabah hava necə olacaq? - <span style="color:red;">PROQNOZ </b>
20 iyul 2017 12:58 (UTC +04:00)

Azəraycanda sabah hava necə olacaq? - PROQNOZ

 

Sabah  Bakıda və Abşeron yarımadasında hava  günəşli olacaq, şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə  22-26° isti, gündüz  35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq,  Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .

 

Havanın temperaturu gecə  20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti,

 

dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar