Rezidenturaya qəbul imtahanı başladı
09 sentyabr 2013 10:23 (UTC +04:00)

Rezidenturaya qəbul imtahanı başladı

Bu gün TQDK 2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirir.

Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 942-si qız, 355-i oğlandır. Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

 

Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Birinci mərhələnin imtahanı bu gün, ikinci mərhələnin imtahanı isə sentyabrın 10-da keçiriləcək.

 

İmtahan Bakı şəhərində 2 binada Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında, eləcə də Naxçıvan şəhərində 1 binada keçiriləcəkdir. Bakı şəhərində 1281 namizədin, Naxçıvan şəhərində isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.

 

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar