Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 3-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 28 dərəcə, axşama doğru 16-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 3-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti gözlənilir.