Oktyabrın 25-dən etibarən Azərbaycanda hava şəraiti kəskin pisləşib. Lent.az-ın məlumatına görə, ölkənin şimalından daxil olan soyuq hava kütlələri Respublika ərazisində temperaturun kəskin düşməsinə və yağıntılara səbəb olub. Hətta bəzi rayonlara qar yağıb. Belə ki gecə saatlarında Quba, Qusar və Qəbələnin, eləcə də Daşkəsən və Gədəbəyin yüksək dağlıq ərazilərinə sulu qar və qar düşüb.
Bakıda isə havanın temperaturu 7 dərəcəyə kimi enib.
Soyuq hava şəraitinin daha bir neçə gün davam edəcəyi gözlənilir.