Quş qripi xəstəliyi aşkarlanmayıb
15 noyabr 2013 12:00 (UTC +04:00)

Quş qripi xəstəliyi aşkarlanmayıb

Noyabrın 4-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 16 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1335 baş ev quşunun qan nümunələrində xəstəlik daşıyıcısı aşkar edilməyib. Bu məlumat Lent. az-a Dövlət Baytarlıq Xidməti tərəfindən verilib. DBX-dan bildirir ki, müayinə olunan nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

 

Qeyd edək ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar