Azərbaycan ərazisində qeyri-sabit hava avqustun 6-sı gündüzədək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən xəbərə görə, yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında gözlənilən qeyri-sabit, yağıntılı hava şəraiti və temperaturun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enməsi ehtimalı pambıq bitkisinin inkişafını keçən illə müqayisədə nisbətən gecikdirəcək. Gözlənilən yağışlar torpağın rütubət ehtiyatının artmasını təmin edəcək, otlaq bitkilərinin boy artmasını sürətləndirəcək. Yağıntılı hava şəraiti yetişmiş məhsulun yığılması üçün çətinlik yaradacaq.