Dekabrın 1-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşü keçiriləcək.
APA-nın məlumatına görə, toplantı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Görüşdə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində keçiriləcək iclasında qəbul olunmaq üçün 2-və 4-illik Fəaliyyət planları və Bəyannamə müzakirə ediləcək.