Qaydalarda dəyişikliklər edildi
06 may 2013 18:16 (UTC +04:00)

Qaydalarda dəyişikliklər edildi

Attestasiya imtahanlarının  müvəqqəti qaydalarında dəyişikliklər edilib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.  TQDK tərəfindən Komissiyanın 2012-ci il 10 may   tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər olunub. Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qərara əsasən, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda 1.7, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 4.1, 4.2, 4.3, 4.4, 4.6, 4.7-ci bəndlərində “qeyri-kafi” sözü “2” sözü ilə əvəz edilib.  

 2.5.-ci bənddə verilmiş cədvəl aşağıdakı cədvələ dəyişdirilib:

 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı



 



 



 



 

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

Tam orta

2

0-7

0-7

0-7



 

3

8-17

8-17

8-16



 

4

18-25

18-25

17-24



 

5

26-30

26-30

25-30

Ümumi orta

2

0-7

0-7

0-7



 

3

8-16

8-16

8-16



 

4

17-23

17-23

17-22



 

5

24-30

24-30

23-30


 

Dəyişikliyə əsasən, qaydaların 3.1, 3.2, 3.4 və 3.5-ci bəndlərində “tam  orta təhsil səviyyəsini” sözləri “ümumi orta və tam  orta təhsil səviyyələrini” sözləri ilə əvəz edilib.

Qaydalardan 3.6-cı bənd çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1318

Oxşar yazılar