Qanlı maydan 7 il ötdü
22 may 2013 22:54 (UTC +04:00)

Qanlı maydan 7 il ötdü

2006-cı il mayın 22-ində Tehran hakimiyyətinin «İran» adlı qəzetində türkləri təhqir edən karikaturanın çapı o taylı bu taylı Azərbaycanda, İranda, habelə Türkiyədə kəskin etirazla qarşılandı.

 

Həmin gün İran İslam Respublikasını idarə edənlərin əsl siması, panfarsçı şovinist xisləti üzə çıxdı.

 

Mayın 22-i isə Güney Azərbaycan türklərinin Milli Hərəkat tarixinə həm qanlı, həm də öz Milli varlığını müdafəi baxımıdına şərəfli bir gün kimi düşdü.

 

Prezident seçkisi qabağı Təbrizə Güney Azərbaycanın başqa şəhərlərinə gedib, türklərin səsini və dəstəyini qazanmaq istəyən prezidentliyə iddialılar onda susdu.

 

Belələrindən biri də Qulaməli Adil-Həddad idi. Ötən gün «Təbriz İran sivilizasiyasının beşiyidir» -deyən, bu panfarsçı onda türklərin haqqını layiqincə müdafiə etməkdən vaz keçdi…

 

Keçirilən dinc aksiyalar gözlənildiyi kimi İranın təhlükəsizlik qüvvələri tərəfindən atəşlə qarşılandı və tarixə qanlı olay kimi düşdü. Bu hadisədə onlarla Güney Azərbaycan türkü Milli varlığının qorumaq uğurunda şəhid, yüzlərlə yaralı və xəsarət almış  soydaşlarımız oldu. Minlərlə Güney Azərbaycan türk ziyalısı həbs olundu. Bir çoxlarının «cinayət işi bu günədək davam etməkdədir».

Azərbaycan türkünün Milli haqlarının təmin olunması yolunduakı bu şərəfli mübarizə günləri hər il yad edilir.

Həmin şəhidlərin adlarının diqqətinizə çatdırırıq:

    Məhəmmədəli Cənnətniya – 65 yaşlı – Sulduz (adı Nəğədə edilib) şəhəri,  

    Behzad Səbuhinejad – işgəncələrlə öldürülüb,Təbriz, 

    Fərzad Əsədpur – 21 yaş, Urmiya,

    Eyvaz Səyyahi – aksiyada yaralanıb və xəstəxanada dünyasını dəyişib, Urmiya,

    Rza Mirağa Purdərviş – yaralanıb və xəstəxanada dünyasını dəyişib ,Təbriz,

   Hümmət İsmzadə - Sulduz, 

   Novruzi – Sulduz,    

   Tohid Əşrəfi – 12 - 13 yaş arasında yeniyetmə, Sulduz, 

   Həmzə Niyazi – Sulduz, 

    Əlirza Qulipur – Sulduz, 

     Həbib Rəzəvi – Sulduz, 

    Rəzzaqi – Sulduz,

     İzzəti – Sulduz, 

   Səttar Səlimi – tələbə olub. Onun meyiti 2 ay sonra ETTELAAT  məmurları                   tərəfindən ailəsinə verilib – Təbriz, 

    Sina Taroq – qətlə yetirildikdən 40 gün sonra ölüm xəbəri yayılıb – Təbriz,  

   Əkbər Noruzi – 53 yaşlı, işçinin meyiti öldürüldükdən bir neçə gün sonra morqdan tapılıb – Təbriz,

  Hüseyn Fəthipur – tələbə,Sulduz, 

 Cəlil Abidi – Xiyav (Meşginşəhr), 

 Əsgər Qasimi – Sulduz, 

Tohid Azəryun – Sulduz.

https://www.youtube.com/watch?v=3fAAMmACd1o

https://www.youtube.com/watch?v=RrEf0L5EH8U

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar