Prezident Administrasiyasının aprel ayı üçün qəbul günlərinin vaxtı açıqlanıb. Lent.az-ın məlumatına görə, prezidentin köməkçiləri, dövlət müşavirləri və PA-nın şöbə müdirləri aşağıda qeyd olunan günlərdə vətəndaşları qəbul edərək, onların şikayət və müraciətlərini dinləyəcək.
Vətəndaşlar Prezident Administrasiyasının Qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dək, qəbul saatı isə 14:00-dan başlayır.
Aprel, 2015-ci il
|
Qəbul günləri |
Axundov Vahid Cümşüd oğlu İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri |
6 |
Abdullayev Kamal Mehdi oğlu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri |
3 |
Əliyev Vahid Əli oğlu Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini |
8 |
Əsədov Əli Hidayət oğlu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini |
7 |
Həsənov Əli Məhəmmədəli oğlu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi,İctimai-siyasi məsələlər şöbəsinin müdiri |
14 |
Qasımov Azər Məhəmməd oğlu Prezidentin Mətbuat katibi |
2 |
Bağirov Elçin Tələt oğlu Prezidentin Protokol xidmətinin rəisi |
10,17,24 |
Məmmədov Novruz İsmayıl oğlu Xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini |
10 |
Nağdəliyev Zeynal Səfər oğlu Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini |
13 |
Abdullazadə Fatma Hüseyn qızı Humanitar siyasət məsələləri şöbəsinin müdiri |
21 |
İsmayılov Süleyman Abbas oğlu Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri |
9 |
Ələsgərov Fuad Murtuz oğlu Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri |
1 |
Əliyev Şahin Məhərrəm oğlu Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri |
16 |
Əmiraslanov Azər Kamal oğlu Aqrar siyasət məsələləri şöbəsinin müdiri |
28 |
Məcidov Tələt Tahir oğlu Kadr məsələləri şöbəsinin müdiri |
23 |
Nuriyev Eldar Qasım oğlu Dövlət nəzarəti şöbəsinin müdiri |
15 |
Yusifova Səadət Vidadi qızı Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri |
29 |
Rəhimov Mail Səməd oğlu İqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri |
27 |
Əliyev Məhərrəm Abış oğlu Prezidentin müdafiə məsələləri üzrə köməkçisinin xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri |
22 |
Şahbazov Oqtay Qəşəm oğlu Prezidentin İşlər müdirinin birinci müavini |
30 |
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektoru |
20 |