Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışından sonra Pirallahı rayonuna gəlib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verib.
Yeni yaradılan Pirallahı rayonunun inkişaf perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.