Prezident Samuxda avtomobil yolunun tikintisinə 4,9 milyon ayırdı
02 noyabr 2016 18:16 (UTC +04:00)

Prezident Samuxda avtomobil yolunun tikintisinə 4,9 milyon ayırdı

Prezident İlham Əliyev Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, iyirmi üç min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar