Prezident Saatlıya səfər edib
29 avqust 2013 20:42 (UTC +04:00)

Prezident Saatlıya səfər edib

Prezident Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak edib.

İlham Əliyev avqustun 29-da Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gedib. APA-nın verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub və abidənin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri ilə tanış olub.

 

Sonra prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak edib.  

 

Qeyd edək ki, Azərbaycan prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 16 iyul tarixli sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb.

  

Yolun layihə-smeta sənədləri “Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanıb. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hazırda yolun 11 kilometrlik hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində qurulan avtomobil yolunda 22 su keçidi tikilib, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulub. Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri basdırılıb.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar