Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AZərTAc-a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə büdcədən 40,0 (qırx) milyon manatın Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmasına sərəncam verib.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bakı şəhəri və onun qəsəbələrində əsaslı təmiri və tikintisi nəzərdə tutulmuş təhsil müəssisələrinin siyahısı
Sıra №-si |
Tədbirin adı |
Ayrılan vəsait |
Binəqədi rayonu |
||
1 |
Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası |
4 377 000 |
2 |
Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi |
1 768 000 |
Qaradağ rayonu |
||
3 |
Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri |
3 858 000 |
Nərimanov rayonu |
||
4 |
Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi |
5 170 000 |
Sabunçu rayonu |
||
5 |
Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi |
3 084 000 |
6 |
Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi |
5 799 000 |
7 |
Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi |
3 600 000 |
8 |
Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi |
2 480 000 |
9 |
Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri |
4 660 000 |
Suraxanı rayonu |
||
10 |
Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi |
5 204 000 |
Cəmi |
40 000 000 |