Prezident aqrar sahə ilə bağlı qərar verdi
12 iyul 2014 18:27 (UTC +04:00)

Prezident aqrar sahə ilə bağlı qərar verdi

Prezident İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmanda dəyişikliklər edib.

 

Dəyişikliklərə əsasən, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmayacaq. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına verilən lisenziyada onların saxlanılmasına icazə verildiyi göstəriləcək.

 

Nazirlər Kabineti fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək.

 

 

Fərmanla təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı əlavə edilib:

 

 

 Qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:

Azərbaycan Respublikasının

Kənd  Təsərrüfatı Nazirliyi

 

 

 

istehsalı

 

2000

 

 

idxalı

 

1000

 

satışı

 

500

 

saxlanılması

 

200”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124
avatar

Oxşar yazılar