Prezident Ankaradakı Heydər Əliyev Parkında olub
13 noyabr 2013 12:43 (UTC +04:00)

Prezident Ankaradakı Heydər Əliyev Parkında olub

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olub. Lent. az-ın məlumatına görə, səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyununda Heydər Əliyevin adı verilib. Parkın mərkəzində Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir.
Dövlət başçısı Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Parkda musiqili fəvvarə tikilmiş, ağac və gül kolları əkilmiş, uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılıb, sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar