Prezident  paytaxtın 31 saylı məktəbində olub
10 avqust 2013 13:35 (UTC +04:00)

Prezident paytaxtın 31 saylı məktəbində olub

Prezident İlham Əliyev  Yasamal rayonundakı 31 saylı orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Lent.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərib. Məktəbdə görülən yenidənqurma işləri artıq başa çatıb.

Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılıb.
Bildirildi ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunub və onların hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilmişdir. Üç fənn laboratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.
 

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Oxşar yazılar