Penitensiar Xidmətə qəbul olanların andiçmə mərasimi keçirilib
21 fevral 2014 22:24 (UTC +04:00)

Penitensiar Xidmətə qəbul olanların andiçmə mərasimi keçirilib

Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 25 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul olunanlardan 20 nəfəri müvafiq müsahibələrdən və müsabiqə komissiyasından uğurla keçmiş şəxslər, 5 nəfəri isə Penitensiar Xidmətin kiçik rəis heyətindən orta rəis heyətinə xidmətə keçirilmiş əməkdaşlardır.
 

Ədliyyə Akademiyasında icbari təlim kursunu başa vurmuş gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.


Tədbirdə Penitensiar Xidmətin rəisi Mədət Quliyev iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar