Paytaxt məktəblərindən birinin stadionu uçdu
18 oktyabr 2016 14:45 (UTC +04:00)

Paytaxt məktəblərindən birinin stadionu uçdu

0

 

Ölkə ərazisində bir neçə gündür yağan intensiv yağışlar paytaxt ərazisində yerləşən məktəblərdən birinin stadionun uçmasına səbəb olub.

 

Lent.az-ın məlumatına görə,  dünən axşam saatlarında Bakı şəhər, Xətai rayonu, General Şıxlinski küçəsində  yerləşən 48 saylı orta məktəbin stadionu uçub.

Şahidlərin dediklərinə görə, həmin ərazi sürüşməyə meyilli imiş. Uçmuş stadion yenicə təmirdən çıxıb.

 

Qeyd edək ki, 48 nömrəli tam orta məktəb 1977-ci ildə istifadəyə verilib. Məktəb 2014-cü ildə əsaslı təmir olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar