<b>Azərbaycanda 51 nəfər məişət zorakılığından ölüb</b>
17 fevral 2017 17:02 (UTC +04:00)

Azərbaycanda 51 nəfər məişət zorakılığından ölüb

2016-cı ildə qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib.

 

 Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib.

 

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adamöldürmə və adamöldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

 

Bundan başqa, qəsdən adamöldürmə və adamöldürməyə cəhd cinayətlərində 11,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15,8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.

 

Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18,6 faiz artaraq 51 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar