Azərbaycanda qasırğa gözlənilir? - <span style="color:red;">AÇIQLAMA
24 oktyabr 2019 15:28 (UTC +04:00)

Azərbaycanda qasırğa gözlənilir? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Lent.az-a verilən məlumata görə, Günəşin fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Ümumi maqnit sahəsi 3 – 4 nT intervalında dəyişib, Bz komponentində zəif kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 315 km/san-yə qədər azalıb. Phi bucağı əsasən mənfi sektorda qərarlaşıb.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). 

Kosmik hava proqnozu – Proqnoz dövründə (14 - 16 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (14 - 16 oktyabr) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24 - 26 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) CH HSS  effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (24 - 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına ilk iki gün ərzində fəal şərait (Kp=4) müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5 faizdən, qalan iki gün isə (25, 26 oktyabr) 1 faizdən aşağı qiymətləndirilir.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8730

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07