Oksana keçmiş həyat yoldaşı ilə barışdı? - <span style="color:red;">VİDEO
05 aprel 2017 15:50 (UTC +04:00)

Oksana keçmiş həyat yoldaşı ilə barışdı? - VİDEO

0

Bu günlərdə yeni bir filmin tizeri yayımlandı. “Mələyin öpüşü” adlı ekran əsərində bir çox tanınmış simalar - xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova, reper Elşad Xose, Münəvvər Əliyeva, xalq artisti Şamil Süleymanov, İlhamə Qasımova və başqaları rol alıb.

 

Oksana Rəsulova APA TV-yə eksklüziv açıqlamasında filmlə bağlı fikirlərini bölüşüb: “Azərbaycan kommersiya kinoindustriyasında yeni bir dalğa olacaq. Hamı melodram çəkməyə başlayacaq”.

 

Tizer yayılar-yayılmaz Oksana ilə Elşadın öpüşü hər kəsi şoka saldı: “Mələk elə öpdü ki, orada... Yəni ki, mələyi öpdülər. Amma o nə öpüş idi ki?! Necə olar bilər? 5 ildən sonra bunlar belə bir arada? 1 aydan sonra treyler çıxacaq. Hələ bir çox maraqlı şeylər olacaq”.

 

Amma bir sual daha yarandı. İllər əvvəl Oksana demişdi ki, heç vaxt öpüş səhnəsinə çəkilməz. Bəs necə oldu ki, Oksana buna razılıq verdi?

 

“Riskləri sevirəm. Baxmayaraq ki, risklər bəzən mənə ziyan gətirir. Ssenari çox xoşuma gəldi. Dedim ki, əgər öpüşəcəyəmsə, keçmiş həyat yoldaşım Elşadla öpüşərəm. Ayrı adam olsa idi, ya çəkilməzdim, ya da o səhnəni çıxarardım. O da razılıq verdi, çəkildik. Elşad hamını təəccübləndirdi. Təbii ki, buna səbəb mən idim”.

 

Bəs Oksana keçmiş həyat yoldaşı Elşad Xose ilə barışıbmı?

 

“Mən indi nə isə desəm də, siz mənə inanmayacaqsınız. Bunu gərək özünüz görəsiniz. Filmə baxanda sonra başa düşəcəksiniz ki, biz barışmışıq, barışmamışıq, biz ümumiyyətlə, küsülü idik, ya yox?!”

 

Nə deyək? Sentyabr ayını gözləyək görək, “Mələyin öpüşü” nə ilə nəticələnəcək? Bu arada film həm də Oksananın çoxdankı arzusunu həyata keçirib. O, ən sevdiyi aktyor xalq artisti Fuad Poladovla çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar