Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Mart
30 mart 2016 20:07 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Mart

GÜNÜN ŞƏRHİ

 

Nüvə təhlükəsizliyi digər qlobal təhdidlər fonunda arxa planda qalsa da, hər zaman gündəmin ən önəmli məsələsi sayılır. Kütləvi qırğın silahları insanın insanlığa qarşı yaratdığı ən dəhşətli silahdır, bu silahın tətbiqinə yol verməmək yenə insanların, daha doğrusu milyonlarla insanın mandat verdiyi dövlət başçılarının əlindədir. Nüvə təhlükəsizliyi deyib, keçməyin, kütləvi qırğın silahları ilə hər zaman "zarafat" edə biləcək Şimali Koreya liderini xatırlayın. Yaxud da 1989-cu il zəlzələsini və Razdan atom-elektrik stansiyasını. Bu stansiyada hər hansı texnogen qəza Qafqaz adlı regionun tarixə gömülməsi, milyonlarla, on milyonlarla insanın ölümü deməkdir. Nüvə partlayışı Apokalipsisə bərabərdir, Vaşinqtona toplaşan dünya liderlərinin hədəfi də bu təhlükənin qarşısını almaqdır. Nüvə təhlükəsizliyi terrorun tüğyan etdiyi günümüzdə özəlliklə aktualdır, çünki nüvə silahının terrorçuların əlinə keçməsini doğuracağı nəticələri düşünmək belə mümkün deyil. Bu amillər Vaşinqtondakı nüvə təhlükəsizliyi sammitinin önəmini ikiqat artırır. Lakin sammit yenə də təhlükəsizlik problemlərinin müzakirəsi ilə deyil, siyasi dialoq müstəvisi olması ilə ön plana çıxır. Elə bu səbəbdəndir ki, nüvə təhlükəsizliyi problemləri Ərdoğan-Obama görüşünün, yaxud Əliyev-Sərkisyan görüşünün baş tutmaması, yaxud Putinin Vaşinqtona getməməsi xəbərlərinin arxa planında qalır.

 

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar