GÜNÜN ŞƏRHİ
Terror... Bu ifadə yalnız insan ölümü, qətliam, kütləvi qırğın törədilməsi anlamına gəlmir. Terror həm də insan psixologiyasının, insani dəyərlərin, insan təfəkkürünün məhvi deməkdir. Çünki düşüncəsi, fikri sağlam olan birisi nəinki insanların öldürülməsinə, mədəni, tarixi abidələrin uçurulmasına, partladılmasına da yol verməz...
Tarixdə belə hallara çox rast gəlinib. Kitabxanalar yandırılıb, elm mərkəzləri dağıdılıb, əsrlərlə qorunan və insan sivilizasiyasının inkişafına şahidlik edən dəyərli abidələr yerlə yeksan edilib. Bu barbarlığı Suriya və İraqda İŞİD-ian XXI əsrdə davam etdirməsinin başqa adı yoxdur. Şəriət qanunlarını əlində bayraq edib baş kəsən, kütləvi qırğınlar törədən, insanların yüz illərdir, qoruduğu, hörmətlə yanaşdığı abidələri dağıdan İŞİD islamda nəyin düzgün nəyin səhv olduğunu qəddar üsullarla diqtə etməkdədir. Bütün bunların isə bayaq dediyim kimi, yalnız bir adı var - terror!