GÜNÜN ŞƏRHİ
Bu gün APA TV-nin səhifəsində və əməkdaşlarımızın içi mən qarışıq sosial şəbəkələrdəki profillərində paylaşdıqları kriminal xəbər linklərinin hamısının altından demək olar ki, eyni rəylər yazılmışdı: "Ürək açan xəbəriniz yoxdur?"
Bütün kollektivdən belə bir xahişim oldu: "Yazılanlara heç bir reaksiya verməyin, sizin əvəzinizdən əsas buraxılışda tamaşaçılara mən cavab verəcəyəm".
Və sözümün üstündə durub həmin cavabı verirəm, xeyr yoxdur, hörmətli tamaşaçılar. Bilirsiniz niyə? Ona görə ki, məmləkətdə dost-dostu qətlə yetirir, çörək kəsən insanlar biri-birini bıçaqlayır, müştəri satıcını, borclu borclunu, qohum qohumu, tamah isə bütün dəyərləri öldürür. Bax, buna görə...