Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Oktyabr
12 oktyabr 2016 20:22 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Oktyabr

YORUM...


Ankara ilə söz duelinə çıxan Bağdadın arxasında suflyor rolunu oynayan qüvvə var. Bir tərəfdə Türkiyə ilə Suriya ərazisində Rəqqa əməliyyatına qatılmaq istəyən ABŞ qonşu İraqda Türkiyə ordusunu terrorçulara qarşı hücumdan uzaqlaşdırmaq istəyir. Niyə?

 

Suriya ərazisində Rusiyanın üstünlüyü artıq aydındır. ABŞ isə bu ölkədəki maraqlarının üstündən birdəfəlik xətt çəkmək fikrində deyil. Rəqqa əməliyyatında iştirak və şəhərin terrorçulardan təmizlənməsi amerikalıların bu ölkədə hələ bir müddət qalması deməkdir.

 

Suriyadan fərqli olaraq, bölgədə İŞİD-in aktiv olduğu ikinci ölkə İraqdır. Bağdad hökuməti isə ABŞ-la yaxın əməkdaşlıq edir. Bununla yanaşı, İraqda kifayət qədər Amerika hərbçisi də var. Bu isə Suriyada Rusiyanın olduğu kimi, İraqda da ABŞ-ın mövqeyini əldən verməmək israrının göstəricisidir. Elə Mosulun üzərinə hücuma hazırlaşan Bağdad hökumətinə dəstək və Dövlət Departamenti rəsmisinin son açıqlaması bunu sübut edir.

 

Türkiyənin həm Rəqqa, həm də Mosul əməliyyatlarında ABŞ-a şərt qoyması yalnız öz maraqlarına hesablansa da, qarşı tərəf bunun müşahidə olunan Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşması fonunda baş verdiyini düşünür. ABŞ-ın Türkiyəyə "Mosul əməliyyatına yalnız Bağdadla razılaşma əsasında başlanıla bilər" mesajı da Ankaraya "mən hələ bölgədəyəm" və ya "bu şərt də sənin Suriyada mənə qoyduğun şərtə qarşılıqdır" demək istəməsidir... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar