Nazirlik müəssisələri cərimələdi
24 iyun 2014 12:11 (UTC +04:00)

Nazirlik müəssisələri cərimələdi

Səhiyyə Nazirliyi müəssisələri cərimələyib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu ilin may ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 69 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Bundan başqa, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 9 iş istintaq orqanına verilib.

 

Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 299 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 298 nümunədən isə 2-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 72 nümunə yoxlanılıb.

 

May ayında şadlıq evlərindən 890 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar