Nazirlər Kabineti doktorantura ilə bağlı qəbul planını təsdiq etdi
18 noyabr 2013 16:00 (UTC +04:00)

Nazirlər Kabineti doktorantura ilə bağlı qəbul planını təsdiq etdi

Azərbaycan ali təhsil müəssisələri və elmi təşkilatların 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. AMEA-nın elmi müəssisə və təşkilatlarında doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılıb. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub. Qəbul planı noyabr ayının 20-də Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və sənəd qəbulunun tarixi məlum olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar