Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 13-də Qusarda vətəndaşları qəbul edəcək. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Qubadlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.